09 İyul, 15:44   |    Baxış sayı: 94

"Təmas xəttindəki son ölümlərdən narahatlıq keçiririk" - Aİ Şurasının prezidenti


Diasporpress.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycana səfəri çərçivəsində deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı Minsk qrupu həmsədrlərinin Helsinki Yekun Aktının başlıca prinsiplərinə əsaslanan ədalətli və dayanıqlı çözümə yönələn səylərini hərtərəfli dəstəkləməkdə davam edir.

"Bütövlüklə gərginliyin səngiməsindən razıyıq, amma təmas xəttindəki son ölümlərdən həmsədrlər kimi biz də narahatlıq keçiririk. Sülhə yol açan, səmərəli danışıqlar üçün zəmin yaradan ab-havanın bərpası ilə yanaşı, təmkinli olmaq da mühümdür. Avropa İttifaqı da sülhün bərqərar olunmasına dair addımları dəstəkləyərək əhalini barışığa hazırlamaqla bağlı konkret tədbirlərə dəstək verməyə hazırdır”, - Avropa İttfaqı Şurasının rəhbəri vurğulayıb.
 
Diasporpress.az