Təmas xəttində monitorinq insidentsiz ötüşdü
06 Avqust, 17:57   |    Baxış sayı: 29

Təmas xəttində monitorinq insidentsiz ötüşdü

Füzuli rayonu ərazisində, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Diasporpress.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 

Monitorinq bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq həyata keçirilib.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik, onun səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller, Ermənistan silahlı qüvvələri tərəfdən isə işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Oqnyen Joviç keçiriblər.
 
Diasporpress.az