Tayvan sahilləri yaxınlığında 5,9 bal gücündə zəlzələ olub
08 Avqust, 12:46   |    Baxış sayı: 34

Tayvan sahilləri yaxınlığında 5,9 bal gücündə zəlzələ olub

Tayvan adası yaxınlığında 5.9 bal gücündə zəlzələ baş verib.

Diasporpress.az-ın məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Məlumata əsasən, "UTC" vaxtı ilə saat 21:28-də qeydə alınan yeraltı təkanların episentri Taybey şəhrindən 76 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zərərçəkənlər və ya dağıntılar barədə məlumat hələ verilməyib.
 
Diasporpress.az