Tanınmış kinorejissor haqqında film çəkilir
09 Avqust, 22:49   |    Baxış sayı: 125

Tanınmış kinorejissor haqqında film çəkilir

Əməkdar incəsənət xadimi, kinorejissor Fikrət Əliyev (1939-2016) haqqında bədii-sənədli film çəkilir. Rejissorun 80 illik yubileyinə həsr olunmuş film ARB TV-nin "Aranfilm” Yaradıcılıq Mərkəzində ərsəyə gətirilir.

Diasporpress.az xəbər verir ki, filmin ssenari müəllifi və rejissoru Babək Abbaszadədir. Onun sözlərinə görə, ekran əsərində mərhum rejissorun çəkdiyi filmlərdə rol almış aktyorlar öz xatirələrini bölüşürlər. Çəkilişlər Mərdəkan, Buzovna, Balaxanı və Bilgəhdə aparılır.

Ekran əsəri dekabrda, Fikrət Əliyevin yubileyi ərəfəsində təhvil veriləcək. Filmin operatoru Anar Seyidov, icraçı prodüseri Qənirə Qurbanlı, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir. Baş rolu Xalq artisti Şamil Süleymanlı ifa edir. Filmdə rejissorun lentə aldığı filmlərin əksər baş qəhrəmanları yer alıb.
 
Diasporpress.az