Şuranın dəstəyi ilə narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı barədə məktəblilər arasında təbliğat aparılır
07 İyun, 16:18   |    Baxış sayı: 33

Şuranın dəstəyi ilə narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı barədə məktəblilər arasında təbliğat aparılır

"İnsan hüquqları XXI əsr- Azərbaycan” Fondu Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə"Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı barədə məktəblilər arasında təbliğat işlərinin aparılması"layihəsi çərçivəsində Lənkəran (10 nömrəli məktəbdə), Masallı (4 nömrəli məktəbdə), Cəlilabad (7 saylı məktəbdə), Biləsuvar (4 nömrəli məktəbdə) rayonlarında və Şirvan şəhərində (15 nömrəli orta məktəbdə) 8-11-ci sinif şagirdləri arasında maarifləndirici tədbir keçirmişdir. Tədbirlərdə ümumilikdə 150-dən çox məktəbli iştirak etmişdir. Həm tədbirlərin keçirildiyi məktəblərə, həm də rayonların digər məktəblərinə layihə çərçivəsində hazırlanmış xüsusi maarifləndirici posterlər paylanmışdır. Tədbirin məqsədi məktəblilər arasında narkotik vasitələrin zərərləri barədə təbliğat aparmaq olmuşdur. Tədbirlərdə həmçinin Narkomaniya haqqında  ümumi anlayış, narkotik vasitələrin təsnifatı, zərərli vərdişlər, narkotiklərlə mübarizə istiqamətində mövcud qanunlar barədə geniş məlumat verilmiş, rol oyunları vasitəsi ilə problemin ciddiyəti uşaqlara bir daha aşılanmışdır.