Şura QHT-lərə təşəkkür etdi
31 Mart, 10:12   |    Baxış sayı: 521

Şura QHT-lərə təşəkkür etdi

Şura sədrinin çağırışına qoşulan QHT-lərə verdikləri dəstəyə və göstərdikləri həmrəyliyə görə təşəkkürümüzü bildiririk.
Diasporpress.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov facebook hesabında  bildirib.
 
"Şura katibliyi tərəfindən hələlik QHT-lərə rəsmi məlumatın göndərilməsə də artıq 10-dan çox QHT könüllü şəkildə layihənin dəyişdirilməsi barədə Şuraya müraciət edib. Sevindirici haldır ki, bunların içində Şuranın dəyişdirilməsi təklif etmədiyi mövzular üzrə olan layihələr də var. Şura sədrinin bu çağırışına qoşulan QHT-lərə verdikləri dəstəyə və göstərdikləri həmrəyliyə görə təşəkkürümüzü bildiririk.”
 
Diasporpress.az