Spikerin daha bir köməkçisi vəzifəsindən azad olundu
23 Aprel, 11:45   |    Baxış sayı: 137

Spikerin daha bir köməkçisi vəzifəsindən azad olundu

Milli Məclis sədrinin köməkçisi Nigar Qasımova vəzifəsindən azad olunub.

DiaspporPress.azın məlumatına görə, ikinci dərəcə dövlət müşaviri olan N.Qasımova İcraya nəzarət sektorunun müdiri idi.

Qeyd edək ki, bir müddət əvvəl Füzuli Abbasov da parlament sədrinin köməkçisi vəzifəsindən azad edilib.

 

Onun yerinə Aqşin Hümmətov təyinat alıb.

F.Abbasov isə Milli Məclisin Analitik informasiya şöbəsinə baş məsləhətçi vəzifəsinə gətirilib.

 

DiasporPress.az