24 Avqust, 13:30   |    Baxış sayı: 41

"Soyuz-14" Beynəlxalq Kosmik Stansiyaya birləşə bilməyib

Göyərtəsində "Fyodor” adlı antropomorfik robotun olduğu Rusiyanın "Soyuz MS-14” gəmisi avtomatik birləşmə sistemində yaranmış problem səbəbindən Beynəlxalq Kosmik Stansiyaya birləşə bilməyib.


Diasporpress.az TASS agentliyinə istinadla xəbər verir ki, bunu kosmik gəminin birləşmə prosesini translyasiya edən NASA TV-nin yayımı zamanı aparıcı bildirib. O qeyd edib ki, "Soyuz MS-14” gəmisi təhlükəsiz məsafəyə geri çəkilib və Rusiyanın Uçuşların İdarəedilməsi Mərkəzinin mütəxəssisləri problemi aradan qaldırmağa çalışırlar.

Avqustun 22-də start götürən kosmik gəminin göyərtəsində robotla yanaşı, müxtəlif çeşidli yük də var.

Diasporpress.az