Sərbəst güləşçilərimiz Rusiyada güclərini sınayacaqlar
30 Avqust, 16:19   |    Baxış sayı: 99

Sərbəst güləşçilərimiz Rusiyada güclərini sınayacaqlar

Oktyabrın 19-20-də Rusiyanın Kemerovo vilayətində sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək.

Diasporpress.az xəbər verir ki, turnirə Azərbaycan güləşçiləri ilə yanaşı, Belarus, Bolqarıstan, Macarıstan, Özbəkistan, ABŞ, Yaponiya və digər ölkələrdən idmançılar da qatılacaqlar.

Yarışda 26 ölkədən 200-dən artıq güləşçi birincilik uğrunda mübarizə aparacaq.
 
Diasporpress.az