Səhiyyə naziri Oğuzda vətəndaşları qəbul edib
30 Avqust, 15:54   |    Baxış sayı: 92

Səhiyyə naziri Oğuzda vətəndaşları qəbul edib

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə kömək göstərirlər.

Növbəti belə qəbul avqustun 30-da Oğuz Mərkəzi Rayon Xəstəxanasında Səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən keçirilib.

Səhiyyə Nazirliyin mətbuat xidmətindən Diasporpress.az-a bildirilib ki, qəbul zamanı nazir Oqtay Şirəliyev Oğuz və Qəbələdən olan vətəndaşların sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətlərini dinləyib.

Vətəndaş müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb. Müraciətlərin bəziləri yerindəcə həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.
 
Diasporpress.az