Sankt-Peterburqda keçiriləcək atçılıq sərgisində Qarabağ atlarının nümayişi nəzərdə tutulur
07 May, 00:40   |    Baxış sayı: 554

Sankt-Peterburqda keçiriləcək atçılıq sərgisində Qarabağ atlarının nümayişi nəzərdə tutulur

Rusiya Federasiyası Ticarət-Sənaye Palatasının platforması üzrə vebinar təşkil edilib. "Unicorn Challenge" şirkətinin təşəbbüsü ilə gerçəkləşdirilən veb-seminara baş direktor Elvin İmanov, Rusiyanın Cins Minik Atlarının Dövlət Kitabının baş qeydiyyatçısı, aqrar elmlər üzrə fəlsəfə doktoru Oruc Süleymanov, Rusiyanın Atçılıq İdmanı Federasiyasının məsul nümayəndələri və çapar atların usta-məşqçiləri qoşulublar.

COVİD-19 pandemiyasının müxtəlif sahələrə təsirlərinin müzakirə edildiyi seminarda E.İmanov bildirib ki, rəhbərlik etdiyi şirkət bu ilin may ayında Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulan "İpposfera-2020" sərgisinə fəal şəkildə hazırlaşıb. Amma dünyanı bürüyən koronavirus pandemiyası səbəbindən tədbir təxirə salınıb.

E.İmanov qeyd edib ki, sərgidə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Atçılıq Federasiyasının dəstəyi ilə, Qarabağ atlarının da nümayiş etdirilməsi planlaşdırılıb: ".... biz ruhdan düşmürük. Ümid edirik ki, karantin bitəndən sonra sərgi baş tutacaq və Qarabağ atlarını nümayiş etdirməyə nail olacağıq".
 DiasporPress.az