Samir Şərifov:
21 May, 10:38   |    Baxış sayı: 140

Samir Şərifov: "Dövlət borcu azalıb"

"Dövlət borcu ilə bağlı görülən tədbirlər öz nəticələrini verməkdədir".

DiasporPress.Az-ın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.

S. Şərifovun sözlərinə görə, Prezident tərəfindən dövlət borcunun ÜDM-ə nisbətinin azaldılması tapşırığı qoyulub: "Bu tapşırıq mərhələlərlə icra olunmaqdadır. Artıq 1 il ərzində həmin nisbəti 17% azaltmağa nail olmuşuq. Bu gün xarici valyuta ifadə olunan dövlət borcu əvvəlki 24%-dən 19%-dək endirilib. Yəni 5 faiz bəndinədək azalma baş verib".