Şamaxıda yanğının söndürülməsi üçün əraziyə FHN-in helikopteri, şəxsi heyəti və texnikası cəlb olunub
22 Avqust, 17:56   |    Baxış sayı: 130

Şamaxıda yanğının söndürülməsi üçün əraziyə FHN-in helikopteri, şəxsi heyəti və texnikası cəlb olunub

Avqustun 22-də Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə Şamaxı rayonunun Meysəri kəndi yaxınlığında quru ot sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Diasporpress.az-a bildiriblər ki, yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin bir helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin 64 nəfərlik şəxsi heyəti və texnikası cəlb olunub.
 
Diasporpress.az