Rusiyanın baş naziri Mehriban Əliyevaya məktub yazdı
07 Mart, 13:32   |    Baxış sayı: 148

Rusiyanın baş naziri Mehriban Əliyevaya məktub yazdı

Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

DiasporPress xəbər verir ki, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə göndərilmiş məktubda qeyd olunur:

"Hörmətli Mehriban Arif qızı,

8 Mart ilə əlaqədar mənim səmimi təbriklərimi qəbul edin.

Qadınlar bizim dünyamızı parlaq, gözəl və xeyirxah edirlər. Ailə ocağını diqqətlə qoruyur, evdə harmoniya və rahatlıq yaradırlar. Başlıcası isə - həmişə öz yaxınları və doğmalarına qəlblərinin istisini verir, onları qayğı və diqqətlə əhatə edirlər.

Qoy bu bayramın gözəl əhvalı Sizinlə daim qalsın.

Sizə can sağlığı, xoşbəxtlik, rifah arzulayıram”.