Rusiyada hərbi hissədə partlayış: Ölənlər və yaralananlar var
08 Avqust, 15:04   |    Baxış sayı: 125

Rusiyada hərbi hissədə partlayış: Ölənlər və yaralananlar var

Arxangelsk vilayətində partlayış baş verib.

Diasporpress.az-ın məlumatına görə, partlayış vilayətin hərbi hissələrindən birində qeydə alınıb. İnsident nəticəsində 2 nəfərin öldüyü, daha 15 nəfərin yaralandığı bildirilir.

Məlumata görə, hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Eləcə də sanitar aviasiyasının ayrılması barədə göstəriliş verilib.

Partlayışın hansı səbəbdən baş verməsi hələ məlum deyil.
 
Diasporpress.az