RAİ prezidenti Fizuli Məmmədov Özbəkistandadır - FOTO
21 May, 10:05   |    Baxış sayı: 49

RAİ prezidenti Fizuli Məmmədov Özbəkistandadır - FOTO

Mayın 19-da yeni yaranmış Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədovun Özbəkistan Respublikasına səfəri başlayıb. 

Səfərin məqsədi Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin 96 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyinə həsr edilən tədbirlərlə iştirak və ölkə həyatı ilə tanışlıqdır.

Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun dəstəyi ilə keçirilən tədbirlərə Bakı Konservatoriyasının rektoru Fərhad Bədəlbəylinin başçılığı ilə Azərbaycan klassik musiqi sənətçiləri də qatılıb.

DiasporPress.Az xəbər verir ki, dəvətlilər sırasında Azərbaycan Milli Məclisinin üzvləri Elman Nəsirov, Aydın Hüseynov və media təmsilçiləri də var.

Paytaxt Daşkəndlə tanışlıqdan sonra heyət Özbəkistanın ən böyük və ortaçağ mədəniyyətinin ən nəhəng daşıyıcılarından olan Səmərqənd şəhərinə gedib. Səmərqənddə Özbəkistanın məşhur prezidenti İslam Kərimovun, böyük cahangir Əmir Teymurun, onun xanımı Bibixanımın məzarları ziyarət edilib.

Daha sonra Səmərqəndin azərbaycanlı icmasının təmsilçiləri ilə görüşlər olub.(musavat)

 


RAİ prezidenti Fizuli Məmmədov Özbəkistandadır - FOTO

RAİ prezidenti Fizuli Məmmədov Özbəkistandadır - FOTO

RAİ prezidenti Fizuli Məmmədov Özbəkistandadır - FOTO