Ölkə

RAİ-nin təşəbbüsü ilə Lənkəranda 110 yoxsul ailəyə yardım edilib

RAİ-nin təşəbbüsü ilə Lənkəranda 110 yoxsul ailəyə yardım edilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fizuli Məmmdəovun rəhbərlik etdiyi RUSİYA AZƏRBAYCANLILARI İTTİFAQI və DÜNYA AZƏRBAYCAN MƏDƏNİYYƏT FONDU Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyada epidemioloji durumla əlaqədar birləşmək çağrışını dəstəkləyib.

Belə ki, ilk yardım və dəstək aksiyası Bakı şəhərinin Nərimanov rayonunda yerləşən Gözdən Əlillər cəmiyyəti üçün təşkil edilib.

RAİ və DAMF-nun dəstəyi ilə növbəti xeyriyyə aksiya isə 2020-ci il 15 aprel tarixində Azərbaycan Respublikasının Lənkəran şəhərində və Havzava, Girdani, Vilvan, Osakuchia, İstis kəndlərində keçirlib. Aksiya çərçivəsində rayonun 110 yoxsul ailəsi ziyarət edilərək, ərzaq səbəti və lazımi əşyaları təhvil verib. Ərzaq səbəti 24 müxtəlif ərzaqdan; toyuq, kərə yağı və günəbaxan yağı, kartof, soğan, çay, dənəvər şəkər, yumurta, un, qaba və incə duz, iki növ düyü, çeşidli makaron, mərcimək, qarabaşaq yarması, qatılaşdırılmış süd, xama, maya və şəxsi gigiyena əşyalarından ibarət olub.
Yardım alan ailələr göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

Nəzərinizə çatdıraq ki, yaxın vaxtlarda Azərbaycanın digər şəhərlərində də xeyriyyə aksiyaları davam edəcək.

Qeyd edək ki, RUSİYA AZƏRBAYCANLILARI İTTİFAQI və DÜNYA AZƏRBAYCAN MƏDƏNİYYƏT FONDU Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gələcəkdə də təşəbbüslərini dəstəkləməyə və aztəminatlı ailələrə yardım göstərməyə yönəlmiş aksiyalarda iştirak etməyə hazır olduğunu bildirir.

 

DiasporPress.az