Qobustan  tarixi-mədəni irsimiz, daş yaddaşımız - FOTO
09 Avqust, 15:17   |    Baxış sayı: 29

Qobustan tarixi-mədəni irsimiz, daş yaddaşımız - FOTO

Qadın və Uşaqların Problemlərinin Araşdırılması  İctimai Birliyi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Qobustan  tarixi-mədəni irsimiz, daş yaddaşımızdır” layiəsinə start verib. 

Diasporpress.az xəbər verir ki, bu barədə təşkilatın sədri Səmayə Quliyeva məlumat verib. O, bildirib ki, layihə çərçivəsində ilkin hazırlıq işlərinin başa çatıb. Layihənin məqsədindən danışan S.Quliyeva vurğulayıb ki, Qobustan sadəcə milli-mədəni abidə deyildir, həm də səbrimizdi, daş yaddaşımızdı, gücümüz, qüdrətimizdi.  Buradakı qədim qayaüstü təsvirlər, işarələr Azərbaycan insanının keçmişini ifadə edir, müasir nəslin yaddaşında min illər ərzində qurulmuş, yaşanmış maddi-mədəniyyət nümunələrini hifz edir. Qobustan həm də dünya miqyaslı tarixi abidədir. Ona görə də bu gün bu qədim insan məskəni ölkəmizə üz tutan hər bir əcnəbidə böyük maraq doğurur. Ancaq bütün bunlara baxmayaraq regionlarımızda yaşayan, təhsil alan uşaqların əksəriyyəti bu tarixi-mədəni abidəmiz haqqında kifayət qədər məlumatlı deyildirlər. Tariximizi, mədəniyyətimizi yetişən gənc nəsilə təbliğ etməyin ən uğurlu və şərəfli yolu mədəni irsimizi qorumaq və tanıtmaqdır. Çünki tarixi-mədəni irs müntəzəm qayğı və təbliğat tələb edir. İtmiş hər hansı maddi dəyər əvəzedilməzdir və inamla deyə bilərik ki, bu, gələcək nəsillərə qarşı cinayətdir. Ona görə də Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun təbliği gənc nəslin milli-mədəni ruhda tərbiyə edilməsi istiqamətində olduqca mühümdür.
 
Qobustan tarixi-mədəni irsimiz, daş yaddaşımız - FOTO

Diasporpress.az