Qaradağ Gənclər evi və Gənclər İdman İdarəsi ilə birgə aztəminatlı ailələrə “Ramazan sovqatı” sosial layihəsi həyata keçirilib
25 May, 00:16   |    Baxış sayı: 1266

Qaradağ Gənclər evi və Gənclər İdman İdarəsi ilə birgə aztəminatlı ailələrə “Ramazan sovqatı” sosial layihəsi həyata keçirilib

Dünyanı cənginə almış yeni növ koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə çərçivəsind Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə sistemli və düşünülmüş tədbirlər həyata keçirilməkdədir. Əhalinin həssas təbəqəsinə aid olan ailələrə maddi və mənəvi dəstək göstərilməsi istiqamətində dövlət tərəfindən müvafiq işlər uğurla icra olunur.

Bu layihənin də, məqsədi dövlət tərəfindən həyata keçirilən sosial siyasətə dəstək göstərmək, köməyə ehtiyacı olan insanlara yardım etməkdir. Eyni zamanda mərhəmətli xalqımızın bu çətin günlərdə göstərdiyi həmrəylik, yardımlaşma bütün dünyaya örnək addım oldu. Biz birlikdə güclüyük!