02 Avqust, 13:17   |    Baxış sayı: 77

"Qarabağ"ın potensial rəqibləri müəyyənləşib

UEFA Çempionlar Liqasının pley-off-unda qarşılaşacaq potensial rəqiblər bəlli olub. 

Diasporpress.az xəbər verir ki, III təsnifat mərhələsində bir-birinə rəqib olan "Qarabağ” - APOEL (Kipr) cütünün qalibi səpələnmişlər qrupundakı klublardan biri ilə qarşılaşacaq. 

Səpələnmişlər 

ÇFR Kluj (Rumıniya) – "Seltik” (Şotlandiya) cütünün qalibi 
PAOK (Yunanıstan) - "Ayaks” (Hollandiya) cütünün qalibi 
"Dinamo” (Zaqreb, Xorvatiya) - "Ferensvaroş” (Macarıstan) cütünün qalibi 
"Srvena Zvezda” (Serbiya) – "Kopenhagen” (Danimarka) cütünün qalibi 

Səpələnməmişlər 

"Slaviya” (Çexiya) 
"Yanq Boyz” (İsveçrə) 
APOEL (Kipr) – "Qarabağ” cütünün qalibi 
"Maribor” (Sloveniya) – "Rusenborq” (Norveç) cütünün qalibi 

Qeyd edək ki, pley-offun püşkü avqustun 5-i atılacaq. 

Diasporpress.az