“Qarabağ saatı” verilişi yayıma başladı
10 Sentyabr, 12:48   |    Baxış sayı: 1888

“Qarabağ saatı” verilişi yayıma başladı

Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarının və beynəlxalq ictimaiyyətin Qarabağ həqiqətləri ilə bağlı daha müfəssəl məlumatlandırılması üçün yeni TV layihələri həyata keçirir. 

Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, bu qəbildən olan "Qarabağ saatı” verilişinin ilk buraxılışı yayımlanıb və veriliş Dağlıq Qarabağ Muxtar Vilayətinin hansı məqsədlə yaradılmasına həsr olunub.

Verilişdə xaricdə yaşayan azərbaycanlı gənclərin sualları cavablandırılıb. Diaspor TV-də, Dövlət Komitəsinin sosial media resurslarında və "Qarabağ Azərbaycandır” milli platformasının youtube kanalında yayımlanan proqram Prezident yanında Dövlət İdarəçilik Akademiyasının nəzdində fəaliyyət göstərən Qarabağ Araşdırmaları Mərkəzi ilə birgə hazırlanır. Tarixi fakt və sənədlərlə zəngin olan "Qarabağ saatı” verilişini siyasi elmlər doktoru, professor Elçin Əhmədov təqdim edir.

Diasporpress.az