Qanlı Dərə - Yüzlərlə Udinin öldürüldüyü məkan - VİDEO
05 Avqust, 20:17   |    Baxış sayı: 45

Qanlı Dərə - Yüzlərlə Udinin öldürüldüyü məkan - VİDEO

Qanlı Dərə Oğuz şəhərindən 1.5 km şimal-şərqdə, Oğuz çayın sol sahilində yerləşir. Bu məkanda baş verən hadisələr adı kimi çox qanlıdır.

Diasporpress.az xəbər verir ki, 19-cu əsrin əvvəllərindən başlayaraq ermənilərin Azərbaycana kütləvi şəkildə köçürülməsi ölkənin şimal qərb regionundan da yan keçməyib. Belə ki, o zaman bir qrup erməni ailəsi o vaxt ki, Vartaşenə (İndiki Oğuz rayonu)  köçürülür. Bura köçən ermənilər bölgənin  yerli xalqı olan xristian udilərlə qaynayıb qarışmaq və onları Qriqorian kilsəsinə tabe etmək üçün təziqlər göstərməyə başladılar. Deyilənə görə, həmin zaman ermənilərə tabe olmayan bir qrup udi ailəsi qaçaraq sonradan "Qanlı dərə” adlandırılacaq bu yerə sığınıblar. Ancaq onlar ermənilər tərəfindən tapılıb və udilərə qarşı soyqrımı həyata keçirilib. Burada çoxlu sayda udi ailəsinin öldürüldüyü deyilir.  Bundan sonra udilər tərəfindən bu dərə "Qanlı Dərə” adlandırılır. Bütün bu hadisələr udilər bu əraziləri tərk etməyə məcbur edir.
 
Tarixi faktlara görə, 1890-cı ilə kimi Oğuz ərazisində 4000-nə dək udi vardı və bu yerli xalqın bir çox nümayəndəsi 1920-ci ildə Gürcüstana köç edir. Hal hazırda isə rayon ərazisində 100-ə qədər udi yaşayır. (Səbuhi Sadiq)
 
 <iframe width="560" height="315" src="https://www.youtube.com/embed/Xkf6nWOGapk" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>
 
 
Diasporpress.az