Prezident icra başçısını vəzifəsindən azad etdi
30 Sentyabr, 17:34   |    Baxış sayı: 113

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Qasım oğlu Seyidəliyev vəzifəsindən azad edilib.

Interpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Vahid Heydər oğlu Tağıyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.