Paşinyanın rəsmi saytında “QARABAĞ AZƏRBAYCANDIR və NİDA İŞARƏSİ” yazıldı
18 Oktyabr, 16:08   |    Baxış sayı: 84

Paşinyanın rəsmi saytında “QARABAĞ AZƏRBAYCANDIR və NİDA İŞARƏSİ” yazıldı

Diasporpress.az xəbər verir ki, 18 oktyabr 2019-cu il tarixində azərbaycanlı hakerlərdən ibarət "Anti-armenia Team” qrupu tərəfindən Ermənistan respublikasının baş nazirinin rəsmi veb-saytına kiber-hücum əməliyyatı həyata keçirilmişdir. Hücum nəticəsində Nikol Paşinyanın rəsmi veb-saytına kənar müdaxilə uğurla nəticələnmiş, veb-saytın xəbərlər hissəsinə "Qarabağ Azərbaycandır və nida işarəsi!” başlıqlı xəbər yerləşdirilmiş, məzmununda isə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Rusiya Federasiyasında baş tutmuş "Valday 2019” forumundakı çıxışının video fraqmenti əlavə olunmuşdur. Kiber-hücum əməliyyatı Ferid23 və LozariuS kod adlı hakerlər tərəfindən həyata keçirilmişdir.

Bundan sonra da "Anti-armenia Team” virtual məkanda Azərbaycan Respublikasının milli maraqlarının, milli mənafeyinin qorunması istiqamətində fəaliyyətini davam etdirəcəkdir.

Qeyd edək ki, "Anti-armenia Team” 19 oktyabr 2011-ci il tarixində bir qrup vətənpərvər azərbaycanlı hakerlər tərəfindən yaradılmış, yarandığı gündən təyin olunmuş konsepsiyaya əsaslanaraq koordinasiyalı şəkildə fəaliyyət göstərməkdədir. İnternet hücumları, öncədən təyin olunmuş şəkildə və Azərbaycanın milli maraqlarına zidd olan və yalnış informasiyalar yayan saytların fəaliyyətlərinə, qeyri-qanuni yayımına qarşı kiber hücumlar ilə tanınır.Yarandığı gündən iri miqyaslı kiber hücumları ilə ictimaiyyətdə əks-səda yaratmışdır. "Anti-armenia Team” haker qrupunun əsas məqsədi Azərbaycanın informasiya təhlükəsizliyini təmin etmək, Azərbaycana və Azərbaycanlılara qarşı törədilmiş soyqırımları, ədalətsizlikləri, erməni terrorizmini,erməni vəhşiliyini dünyaya çatdırmaq və Konstitusiyamıza zidd, Azərbaycanın milli maraqlarına zidd olan və yalnış informasiyalar yayan saytların aradan qaldırılmasını təmin etmək, həmçinin təhlükəsizliklə bağlı istənilən Azərbaycan saytlarının idarə heyətinə təmənnasız köməklik göstərməkdən ibarətdir.

Link: https://www.primeminister.am/ru/press-release/item/2019/10/10/Qarabag-Azerbaycandir-nida-isaresi/

Foto: https://i.ibb.co/r0PHGfz/1.jpg
Foto: https://i.ibb.co/NxjwZz8/2.jpg
Video: https://streamable.com/1htcv