Paşinyan işğal altında olan Qarabağa gələcək
27 İyul, 12:47   |    Baxış sayı: 46

Paşinyan işğal altında olan Qarabağa gələcək

Ermənistan və qondarma qurum arasında gərginliyin pik həddinə çatdığı may ayındakı "bayramlar”dan sonra Paşinyanın Qarabağa ilk səfəri olacaq.

Diasporpress.az erməni KİV-lərinə istinadən xəbər verir ki, avqustun 6-da Xankəndində qondarma ümumerməni 7-ci yay oyunlarının "açılış mərasimi” keçiriləcək. 

Bununla bağlı Ermənistanın Baş naziri və digər rəsmi şəxslər işğal altında olan Qarabağ ərazisinə gələcək. 

Maraqlıdır ki, Ermənistan və qondarma qurum arasında gərginliyin pik həddinə çatdığı may ayındakı "bayramlar”dan sonra bu, Paşinyanın Qarabağa ilk səfəri olacaq.

Diasporpress.az