Partiya sədri əfvlə bağlı prezidentə təşəkkür etdi
18 Mart, 16:49   |    Baxış sayı: 206

Partiya sədri əfvlə bağlı prezidentə təşəkkür etdi

"Prezident İlham Əliyev islahatlar və demokratik açılım kursunu davam etdirir. Cənab İlham Əliyev bu gün bu istiqamətdə özünün növbəti həlledici addımını atdı".

DiasporPress-in məlumatına görə, bunu açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib:


"Azərbaycan Prezidenti çoxlu sayda məhkumların adlarının yer aldığı Əfv siyahısını imzaladı. Əfv olunanlar arasında adları "siyasi məhbus" siyahılarında keçən şəxslər də var. Biz DADP olaraq bu bayram əfvini yüksək qiymətləndirir və cənab Prezidentə təşəkkür edirik. Əfv edilən şəxslərə isə "həmişə evinizdə" deyirik, yaxınlarını, doğmalarını təbrik edirik".