Pakistanda casusluqda ittiham olunan general barəsində edam hökmü çıxarılıb
31 May, 10:29   |    Baxış sayı: 47

Pakistanda casusluqda ittiham olunan general barəsində edam hökmü çıxarılıb

Pakistanın hərbi tribunalı istefada olan briqada generalı Racu Rizavanı casusluqda təqsirli bilərək barəsində edma hökmü çıxarıb.

DiasporPress.Az "Al-Jazeera”ya istinadən xəbər verir ki, məhkəmə Pakistanın başqa bir yüksək rütbəli hərbçisini 14 il müddətinə azadlıqdan məhrum edib.

Casusluqda iştirak edən mülki həkim barəsində də edam hökmü çıxarılıb.

Onlar xidməti sirr haqqında qanunu pozmaqda ittiham olunublar.

Məhkəmə prosesindən sonra Pakistanın Quru Qoşunları komandanı general Qamar Caved Bacva milli təhlükəsizliyə zərbə vuran casasluq və məxfi informasiyaların sızması ilə bağlı çıxarılan hökmləri təqdir edib.

Qeyd edək ki, ordu Pakistanın dövlət siyasətində aparıcı rol oynayır.