Oğuzlu fermerlər emal məntəqələrinə 180 ton yaşıl tütün təhvil veriblər
30 İyul, 19:29   |    Baxış sayı: 53

Oğuzlu fermerlər emal məntəqələrinə 180 ton yaşıl tütün təhvil veriblər

Bu il Oğuz rayonunun təsərrüfatlarında 110 hektar sahədə tütün əkilib. Oğuzlu fermerlər cari mövsümdə 90 hektarda "Virciniya” növ ətirli, 20 hektarda isə yerli tütün sortları yetişdiriblər. 

Hazırda təsərrüfatlarda tütün yığımı davam edir. Fermerlər mövsümün əvvəlindən indiyədək 180 ton yaşıl tütün kütləsi dərərək, rayonda fəaliyyət göstərən emal məntəqələrinə təhvil veriblər.

Bu barədə Diasporpress.az-a Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hazırda rayonun Bucaq kəndində 10, Bayan kəndində isə 23 tütünqurutma kamerasından ibarət emal məntəqələri fəaliyyət göstərir. Tələbatı nəzərə alaraq, bu kəndlərdə əlavə olaraq 12 tütünqurutma kamerasının quraşdırılması da nəzərdə tutulur.
 
Diasporpress.az