Niderlandlı məktəblilər Azərbaycan bəstəkarlarının əsərlərini ifa ediblər
12 Mart, 14:45   |    Baxış sayı: 423

Niderlandlı məktəblilər Azərbaycan bəstəkarlarının əsərlərini ifa ediblər

Diasporpress.az xəbər verir ki, Niderland Krallığının Drenthe vilayətinin Assen şəhərində baharın gəlişinə həsr olunmuş konsert keçirilib.

Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü olan Azərbaycan – Niderland Odlar Yurdu Cəmiyyətinin təşkilatçılığı ilə gerçəkləşdirilib.

Tədbirdə cəmiyyətin sədri Firəngiz Bağırova və Klankrjk Drenthe musiqi məktəbinin birgə hazırladığı konsert proqramı təqdim olunub. Görkəmli Azərbaycan bəstəkarlarının əsərlərinin niderlandlı məktəblilər tərəfindən ifa olunması böyük maraqla və alqışlarla qarşılanıb. Tədbirin sonunda cəmiyyətin sədri Firəngiz Bağırova Azərbaycan musiqisinin ifasında göstərdikləri maraq və təqdimata görə müəllimləri sertifikatlarla təltif edib. Tamaşaçılar bu tədbiri cəmiyyətin sədri Firəngiz Bağırova və Klankrjk Drenthe musiqi məktəbinin həyata keçirdiyi birgə layihənin növbəti uğuru kimi qiymətləndiriblər.