Niderlandlı futbolçu Azərbaycan klubundan təklif aldığını açıqladı
23 Aprel, 12:11   |    Baxış sayı: 585

Niderlandlı futbolçu Azərbaycan klubundan təklif aldığını açıqladı

Futbol üzrə Niderland millisinin sabiq yarımmüdafiəçisi Endi van der Meyde ölkəsinin mətbuatına verdiyi müsahibədə bildirib ki, Azərbaycanda oynamaq barədə təklif alıbmış.

Vi.nl saytı xəbər verir ki, 2004-cü ilin Avropa çempionatının bürünc mükafatçısı karyerasının sonlarında Azərbaycandan gələn təklif barədə deyib:

"Azərbaycanda iki il ərzində 1,2 milyon qazana bilərdim, lakin artıq futbol oynamaq istəmirdim. Həyatımda ilk dəfə gözdən itmək istəyirdim”.

 

Endi van der Meyde bildirib ki, karyerasını bitirəndən sonra Amsterdamda yerləşən evində əyləncə məclisləri qurub:

"Azadlığın dadını çıxarırdım. İçki, narkotik, qızlar... İstədiyimi edirdim”.

Sabiq futbolçu millidə bir yerdə oynadıqları Uesli Snayder haqda da fikirlərini bölüşüb. O qeyd edib ki, U.Snayder artıq rahib kimi yaşamamalı, futbol karyerasına son qoymalı və həyatdan həzz almalıdır.

 

DiasporPress.az