Niderlandda Qələbə günü qeyd olunub - VİDEO
08 May, 10:23   |    Baxış sayı: 36

Niderlandda Qələbə günü qeyd olunub - VİDEO

Niderlandın milli qəhrəmanı Məmməd Məmmədov anılıb


Niderland krallığında qeyd olunan 9 May Qələbə günü ilə bağlı tədbirlər çərçivəsində əslən Azərbaycanlı, Niderlandın milli qəhrəmanı Məmməd Məmmədovun da anım günü qeyd olunub.

Bu barədə REAL tv-yə məlumat verən Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov tədbirlərin Azərbaycanlı kəşfiyyatçının doğulduğu Zaqatalada da keçiriləcəyini deyib.