Niderlandakı Azərbaycan diasporu ölkəmizdə xeyriyyə aksiyası keçirib - FOTOLAR
24 May, 22:14   |    Baxış sayı: 1395

Niderlandakı Azərbaycan diasporu ölkəmizdə xeyriyyə aksiyası keçirib - FOTOLAR

 "Qəlbimiz sizinlədir-2 !” aksiyasında toplanan məbləğ bayram ərəfəsində ehtiyacı olan soydaşlarımıza çatdırılıb. 
 
 Diasporpress.az-ın məlumatına görə, Niderland Krallığında fəaliyyət göstərən "Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi və " Odlar yurdu” Niderland-Azərbaycan Birliyinin təşkilatçılığı DiasporPress İnformasiya Mərkəzinin dəstəyi ilə  "Qəlbimiz sizinlədir!” adlı xeyriyyə aksiyası keçirilib. Artıq ikinci dəfə həyata keçirilən "Qəlbimiz sizinlədir!” adlı xeyriyyə aksiyasında Niderlandda yaşayan çox sayda soydaşımız iştirak edib. Əldə olunan vəsait Azərbaycanda ehtiyacı olan insanlara Ramazan bayramı hədiyyəsi olaraq çatdırılıb.  

Qeyd edək ki, Cəbhə bölgəsində yaşayan soydaşlarımıza yardımın çatdırılması hərbi bloger Tofiq Şahmuradov, Bakı şəhərində isə gənc rejisor Ayşad Səfərəliyev tərəfindən həyata keçirilib.

Xatırladaq ki, bu gün 100 ailəyə bayram sovqatı , 14 nəfər səhətində ağır problemlər olan soydaşımıza isə dərman və əməliyyatları üçün maddi vəsait verilib. 

Qeyd edək ki, Yardım aksiyası artıq ikinci dəfədir həyata keçirilir. Bu günkü aksiya Bakı şəhəri, Şamaxı, Tovuz, Ağdam və Göyçay rayonlarında baş tutub. 

 "Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi",  Odlar yurdu” Niderland-Azərbaycan Birliyi və DiasporPress İnformasiya Mərkəzi olaraq aksiyada aktiv iştirak edən soydaşlarımıza dərin təşəkkürümüzü bildirir və ölkəmizdən kənarda  yaşasalar da, vətənin uzaqda olmadığını əməlləri ilə subut etdikləri üçün və "Qəlbimiz sizinlədir!” dediklərinə görə təşəkkür edirik.
 
 
 
 
 
 
 
 
DiasporPress.az