“Neftçi” və “Qəbələ” cavab oyununa çıxır
01 Avqust, 11:35   |    Baxış sayı: 237

“Neftçi” və “Qəbələ” cavab oyununa çıxır

Bu gün Avropa Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulacaq.

Diasporpress.az xəbər verir ki, turnirdə mübarizəni davam etdirən "Neftçi” və "Qəbələ" klubları cavab matçına çıxacaqlar. 

"Neftçi” evdə Rusiyanın "Arsenal" klubunu qəbul edəcək. "Ağ-qaralar" Tuladakı matçda qazandığı 1:0 hesablı qələbə ilə böyük üstünlük əldə edib. Bu cütün qalibi 3-cü mərhələdə İsrailin "Bney Yehuda” klubu ilə qarşılaşacaq. 

Öz meydanın 0:2 hesabı ilə Gürcüstan təmsilçisi "Dinamo”ya uduzan "Qəbələ"ni isə çətin səfər oyunu gözləyir. Bu cütün qalibi 3-cü mərhələdə Hollandiyanın "Feyenoord" klubu ilə qarşılaşacaq. 

Qeyd edək kİ, hər iki matçın start fiti saat 21:00-da çalınacaq. 

Diasporpress.az