“Neftçi” - “Bney Yehuda”nı məğlub edə bilmədi
09 Avqust, 10:13   |    Baxış sayı: 23

“Neftçi” - “Bney Yehuda”nı məğlub edə bilmədi

UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilən "Neftçi”-"Bney Yehuda” qarşılaşması 2:2 hesabı ilə başa çatıb.

Diasporpress.az xəbər verir ki, qarşılaşmaya hücumlarla başlayan "Neftçi” rəqibin qapısı qarşısında ilk dəqiqələrdən təhlükəli vəziyyətlər yaradıb. Beşlik müdafiə ilə meydana çıxan qonaqlar komandamızı əks hücumlarda yaxalamağa çalışırdı. Ardıcıl iki epizodda "Bney Yehuda” qol vurub – 2:0. Fasiləyə iki dəqiqə qalmış "Neftçi” qollardan birinin əvəzin çıxıb. Jozef-Monroz adını tabloya yazdırıb - 1:2.

Qarşılaşmanın ikinci hissəsində "Neftçi” hakimin əsas vaxta əlavə etdiyi dəqiqələrdə məğlubiyyətdən xilas olub. Namiq Ələsgərov komandamızın vacib qoluna imza atıb - 2:2.

Beləliklə, görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Bu komandalar arasında cavab görüşü bir həftə sonra İsraildə keçiriləcək.

Xatırladaq ki, "Neftçi” birinci təsnifat mərhələsində Moldovanın "Speranta” komandasını məğlub edib (3:0, 6:0), ikinci təsnifat mərhələsində isə Rusiyanın "Arsenal” klubuna hər iki görüşdə qalib gəlib (1:0, 3:0).

Cari mövsümdə mübarizəyə ikinci təsnifat mərhələsindən başlayan "Bney Yehuda” UEFA Avropa Liqasında Azərbaycan klubları ilə ikinci dəfə qarşılaşır. İsrail klubu 2009-2010-ci il mövsümündə birinci təsnifat mərhələsində "Simurq”u hər iki görüşdə məğlub etmişdi.
 
Diasporpress.az