Nazir Natiq İmanovu yüksək vəzifəyə təyin etdi - FOTO
09 Dekabr, 11:25   |    Baxış sayı: 269

Nazir Natiq İmanovu yüksək vəzifəyə təyin etdi - FOTO

Qaradağ Gənclər Evində direktor dəyişikliyi baş tutub. Beləki, Gənclər və İdman Naziri Azad Rəhimovun müvafiq əmri ilə Qaradağ Gənclər Evinin direktoru Pərvin Qasımov vəzifəsindən azad edilib, digər əmrlə yerinə Natiq İmanov təyin edilib.

Qeyd edək ki, Natiq İmanov uzun illər gənclər sektorunun fəal iştirakçısı olmuşdur. N. İmanov 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. Hərbi xidmətin ardından təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında gənclər siyasəti və sosial sferada idarə etmə ilə bağlı müxtəlif ixtisas artırma kursları ilə davam etdirib.

Əmək fəaliyyətinə ADİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini kimi başlayan, N. İmanov ardından Əmək və Əhalinin Sosial Müdafiyəsi nazirliyində müxtəlif vəzifələrdə çalışmışdır.

Gənclər sektorunda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, "İRƏLİ” İctimai Birliyi və "YAP” Gənclər Birliyi kimi ölkənin öndə gələn gənclər təşkilatlarında fəaliyyət göstərib, müxtəlif layihələrin müəllifi və təşkilatçısı qismində təmsil olunub. N.İmanov layihələrin idarə edilməsi ilə bağlı bir çox yerli və beynəlxalq təlim proqramlarının məzunudur.


Diasporpress.az