Naxçıvanlı şahmatçılar beynəlxalq şahmat turnirində növbəti dəfə uğur qazanıblar
06 Avqust, 17:05   |    Baxış sayı: 96

Naxçıvanlı şahmatçılar beynəlxalq şahmat turnirində növbəti dəfə uğur qazanıblar

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yetirmələri Ankarada təşkil olunan Çubuk Bələdiyyəsi V beynəlxalq şahmat turnirində növbəti dəfə uğur qazanıblar.

Muxtar respublikanın Gənclər və İdman Nazirliyindən Diasporpress.az-a bildirilib ki, turnirdə iştirak edən 8 və 10 yaşlı naxçıvanlı zəka sahibləri A və B qruplarında mübarizə aparıblar.

Turnirdə çıxış edən şahmatçımız Ərturan İsmayılov qalib adını qazanıb. Nazlı Hümbətova isə qızlar arasında üçüncü olub.

Sonda qalib idmançılarımız təşkilatçılar tərəfindən mükafatlandırılıblar.
 
Diasporpress.az