Naxçıvanda Qəhrəman ananın 100 yaşı qeyd edilib
15 İyul, 17:48   |    Baxış sayı: 60

Naxçıvanda Qəhrəman ananın 100 yaşı qeyd edilib

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Camaldın kəndində yaşayan və 10 övladı, 44 nəvəsi, 94 nəticəsi, 18 kötücəsi olan Həqiqə İsgəndərovanın 100 yaşı qeyd edilib.

Diasporpress.az-ın Naxçıvan bürosu xəbər verir ki, Həqiqə İsgəndərova ilə görüşdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Sara Hüseynova və Culfa Rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Mustafa Cəlilov yubilyarı 100 yaşı münasibətilə təbrik ediblər. Tədbirdə yubilyara hədiyyə təqdim olunub. Həqiqə İsgəndərova və oğlu Talıb İsgəndərli göstərilən qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Həqiqə İsgəndərova 1919-cu il iyul ayının 1-də Camaldın kəndində anadan olub. O, 1967-ci ildə "Qəhrəman ana” adına layiq görülüb. Həqiqə İsgəndərova həm də arxa cəbhə veteranıdır.

 
Diasporpress.az