Nataliya Məmmədova karyerasını başa vurdu
06 Avqust, 14:01   |    Baxış sayı: 139

Nataliya Məmmədova karyerasını başa vurdu

Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının və "Azərreyl” klubunun sabiq üzvü Nataliya Məmmədova karyerasını başa vurub.

Diasporpress.az xəbər verir ki, sonuncu mövsümü Qazaxıstanın "Altay” komandasında keçirən voleybolçu ölkə çempionu olub. O, həmçinin Qazaxıstan kuboku yarışlarının da qalibi adını qazanıb. Mövsüm başa çatdıqdan sonra voleybolçu Qazaxıstan təmsilçisi ilə yollarını ayırıb. 

Diasporpress.az