Diaspor

Murmanskidəki Azərbaycan diasporu mərkəzi şəhər xəstəxanasına yardım edib

Murmanskidəki Azərbaycan diasporu mərkəzi şəhər xəstəxanasına yardım edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
DiasporPress.az xəbər verir ki, Rusiyanın Murmanski şəhərinfə fəaliyyət göstərən Azərbaycan diasporunun sədri Afil Hüseynov Murmanski şəhər mərkəzi Xəstəxanasına ərzaq yardımı edib.
Qeyd edək ki, Afil Hüseynovun rəhbərliyi ilə bu günə kimi Murmanskidə Azərbaycan diasporu minlərlə həmvətənimizə o cümlədən şəhər sakinlərinə ərzaq yardımı edib. Afil Hüseynov açıqlamasında bildirib ki, : “Koronavirus pandemiyası bütün dünya üçün böyük təhlükə olduğu indiki mürəkkəb vaxtda Azərbaycan diasporu olaraq fəaliyyət göstərdiyimiz Murmanski sakinlərinin sağlamlığını qorumağa yönəlmiş belə bir yardımlar etmək vacibdir. Bu çətin anlarda Prezident İlham Əliyevin çağırışına ölkəmizdən kənarda yaşayan həmvətənlətimiz olaraq biz də həmrəylik nümayiş etdiririk bu tipli yardım aksiyalarını Rusiyada o cümlədən də tarixi vətənimiz Azərbaycanda davam etdirəcəyik.
DiasporPress.az