Münhendəki Azərbaycan Evində soydaşlarımız bir araya gəliblər
17 Mart, 15:02   |    Baxış sayı: 604

Münhendəki Azərbaycan Evində soydaşlarımız bir araya gəliblər

Almaniyanın Münhen şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin təqdimat mərasimi keçirilib.

Koronavirus təhlükəsinə görə iştirakçıların sayının məhdudlaşdırıldığı tədbirdə Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri Səttar Kərimov çıxış edib. O, gələcək planlar – müxtəlif yaş kateqoriyasında olan uşaqlar üçün Azərbaycan dili məktəbinin yaradılması, hüquqi yardımın göstərilməsi və sair layihələr barədə ətraflı məlumat verib.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diasporumuza göstərdiyi qayğıdan və Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılması istiqamətində atılan addımlardan bəhs edilib. Münhendə Azərbaycan Evinin yaradılması ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən görülən işlər təqdir olunub.

Novruz əhval-ruhiyyəli toplantı milli musiqimizin səsləndirilməsi ilə başa çatıb.