Moldovada səfirlik və diaspor təşkilatı soydaşlarımıza yardımları davam etdirir
18 May, 14:13   |    Baxış sayı: 1306

Moldovada səfirlik və diaspor təşkilatı soydaşlarımıza yardımları davam etdirir

 

Azərbaycanın Moldovadakı Səfirliyi və Moldova Azərbaycanlıları Konqresi bu ölkədə yaşayan soydaşlarımıza yardımlarını davam etdirirlər.

Nəzərə çatdıraq ki, koronavirus pandemiyası ilə əlaqədar Moldovada da karantin rejimi elan edildiyi ilk gündən səfirlik və diaspor təşkilatı birlikdə Operativ Qərargah yaradaraq, bu ölkədə daimi və müvəqqəti yaşayan aztəminatlı ailələrə yardımlar etməyə başlayıblar. Operativ Qərargah həmçinin, Moldovada koronavirusla mübarizə fonduna da yardm edib. Belə ki, həm Moldova hökumətinə, həm də Qauqauziyada yerli hökumətə koronavirusla mübarizəyə dəstək məqsədi ilə hər birinə ayrılıqda maliyyə yardımı edilib.

Moldovadakı diasporumuzun ilk qurucularından biri, Moldova Azərbaycanlıları Konqresinin sabiq sədri, Operativ Qərargahın üzvü Mehman Ismayılov mayın 17-də Musavat.com-a açıqlamasında pandemiya dövründə görülən işlərdən habelə diasporun mövcud durumundan danışıb. O öncə bildirib ki, qərargah aztəminatlı ailələrə yardımlarını davam etdirir:

mehman.jpg (1.65 MB)

"Hər gün buradakı soydaşlarımızın vəziyyəti ilə maraqlanırıq. Çalışırıq ki, azərbaycanlıların problemlərini dərhal həll edək. Səfir Qüdsi Osmanova təşəkkür edirik, çünki bu prosesin təşəbbüskarı odur. Hər gün soydaşlarımızın durumu ilə şəxsən maraqlanırıq, bir neçə azərbaycanlının yardım kampaniyası zamanı müalicəyə ehtiyacı olduğu bilindi. Onlara da müvafiq yardım edildi”.

1..jpg (180 KB)

M.İsmayılov qeyd etdi ki, Azərbaycan Prezidenti, Cənab İlham Əliyevin elan etdiyi "Biz birlikdə güclüyük” devizinə Moldovadakı azərbaycanılar da bir nəfər kimi qoşulub: "Fəxr edirik ki, vətənimiz Azərbaycanın belə fədakar, məğrur dövlət başçısı var və onun sayəsində Azərbaycan koronavirusla mübarizədə öncül ölkələrdən oldu. Həmçinin, xaricdəki bütün soydaşlarımız da bundan ruhlanaraq, bir yumruq kimi birləşib, bir-birimizə dəstək oluruq. Bu ağır dövrdə buradakı bütün azərbaycanlılar bu şəkildə həmrəyliyi ilk dəfədir göstərir. Burada təbii ki, səfirliyimizin böyük rolu var. Səfir Qüdsi Osmanov bütün çıxışlarında qeyd edir ki, bu cür qayğıkeş, fədakar prezidenti olduğu üçün azərbaycanlılar xoşbəxtdir. Bu cür əzmkarlıq nümayiş etdirdiyi, Azərbaycan xalqının, habelə xaricdəki azərbaycanlıların da daim qayğısına qaldığı üçün hər birimiz cənab İlham Əliyevlə fəxr etməliyik, qürur durmalıyıq. Əlbəttə, biz azərbaycanlılar fəxr edirik ki, Heydər Əliyev kimi əbədiyaşar ümummilli liderimiz, bu gün də onun siyasi kursunu davam etdirən İlham Əliyev kimi prezidentimiz var. Mayın 10-da baxmayaraq ki, Moldovada karantin rejimi idi, soydaşlarımız mövcud qaydalara əməl etməklə səfirliyə toplaşdıq və ümummilli liderimizi səfirlikdəki büstünün qarşısında yad etdik.

2.jpg (87 KB)

Səfir Qüdsi Osmanov onun həyat yolundan, uğurlu siyasətinin nəticələrindən bizə geniş məlumatlar verdi və biz bir daha fəxr etdik ki, belə liderimiz var. Qüdsi Osmanov bütün çıxışlarında xüsusi olaraq qeyd edir ki, Azərbaycan prezidenti səfirləri təyin edəndə onlar qarşısında başlıca tələb qoyur ki, vətəndaşlığından asılı olmayaraq, azərbaycanlıların daim yanında olun, onlarla maraqlanın, problemlərini həll edin”.

M.İsmayılov dedi ki, bu həftənin şənbə və bazar günləri də Moldovadakı aztəminatlı azərbaycanlılara, habelə bəzi yerli imkansız vətəndaşlara ərzaq və maliyyə yardımları edilib:

IMG-20200518-WA0020.jpg (162 KB)

"Paytaxt Kişinyovda, Şimal bölgəsində və bütün ucqar rayonlarda növbəti dəfə soydaşlarımızın yanında olmuşuq, dəstək vermişik. 15 mayda diasporumuzun sədri Heybət Məcid başda olmaqla, qərargahın rəhbəri Maarif Rəhimov, diaspor fəalı İlham Qubadov və səfirliyin təmsilçisi birlikdə Dnestryanı ərazidəki azərbaycanlılara da sovqat çatdırdıq.

IMG-20200518-WA0032.jpg (311 KB)

Hansı orada separatizm səbəbindən gediş-gəliş məhduddur, buna baxmayaraq biz oradakı soydaşlarımız da yardımlar etdik. Səfirliyin, səfir Qüdsi Osmanovun xahişi ilə buradakı imkanlı iş adamlarının dəstəyi ilə ərzaqlar alıb aparırıq, xəstə insanlara pul yardımı da edirik. Mənim özüm bir quşçuluq fabrikinin baş direktoruyam, ərzaq səbətlərinə fabrikimizin istehsalı olan toyuqları da əlavə edərək, yardımlaşmaya dəstəyimi göstərirəm. Çalışırıq pandemiyanın sonuna qədər yardımlaşmaları davam etdirək. Buradakı soydaşlarımız, hebalə onların yerli vətəndaşlar olan xanımları Azərbaycan dövlətinə, səfirliyimizə göstərilən diqqətə görə dərin minnətdarlıqlarını bildirdilər. Onlarla insan bizdən yardımlaşma zamanı xahiş etdi ki, pandemiya dövründə nümunəvi davranışlarına, vətəndaşlara, xaricdəki soydaşlarımıza qayğısına görə Azərbaycan Prezidenti İlham Əliyevə onların təşəkkürlərini çatdıraq”.

Mehman İsmayılov bildirdi ki, koronavirusdan Moldovada bir soydaşımız dünyasını dəyişib: "Onun nəşini Azərbaycana göndərə bilmirdik, çünki gediş-gəliş yoxdur. Belə bir çətin durumda, sərhədlərin bağlı olduğu vaxtda Qüdsi Osmanov şəxsi əlaqələri vasitəsi ilə Rusiyadan bir maşın çağırdı gətirdi, soydaşımızın nəşini həmin avtomobillə Azərbaycana göndərdik və orada dəfn edildi". 

O qeyd etdi ki, Moldova Azəbaycanlılaı Konqresi son qurltayından sonrakı 6 ay ərzində çox aktiv və konfliktsiz fəaliyyət göstərir: "Çox səmimi və aktiv şəkildə diasporumuz fəaliyyətdədir. Sədrimiz Heybət Məcidin rəhbərliyi altında maksimum təşkilatlanmışıq.

IMG-20200518-WA0013.jpg (186 KB)

20 yanvar, Xocalı faciəsi ilə bağlı toplantılarımız oldu, gənclər forumu keçirdik və bu toplantının çox yaxşı nəticələri oldu.

IMG-20200518-WA0006.jpg (130 KB)

Digər tədbirlər də planlaşdırmışdıq, təəssüf ki, onlar pandemiya ilə əlaqədar təxirə düşdü. Karantindən sonra toplantılarımızı bəpa edəcəyik və daha geniş fəaliyyət proqramları hazırlayacağıq.

IMG-20200518-WA0007.jpg (133 KB)

Son 15 ildə Moldovada ermənilər siyasi və hakim dairələrdə müxtəlif postlar qazansalar da, bizim soydaşlarımızın bu vəzifələrdə təmsilçiliyi son 10 ildə minimuma enib. Bunun da müxtəlif səbəbləri var. Biz hazırda bu məsələyə xüsusi diqqət yetiririk ki, qısa zaman ərzində bizim azərbaycanlılar yenə də yüksək vəzifələrdə təmsil olunsular, sözümüz, səsimiz siyasi tribunalardan da eşidilisin. Sevindirici haldır ki, səfir Qüdsi Osmanovun dövründə Azərbaycanımızın səfirliyi əvvəlki dövrlərdən fərqli olaraq çox aktiv fəaliyyət göstərir və bütün azərbaycanlılara diqqət göstərilir, habelə diasporun güclənməsinə böyük dəstək verir.

IMG-20200518-WA0023.jpg (140 KB)

Bizim qarşıda daha böyük işlərimiz var və əminik ki, birlikdə bunların öhdəsindən layiqincə gələ biləcəyik”.