Miqrasiya mafiyası qeyri-leqalların İspaniyaya çatdırılması üçün hidrosikllərdən istifadə edir
17 Avqust, 17:30   |    Baxış sayı: 128

Miqrasiya mafiyası qeyri-leqalların İspaniyaya çatdırılması üçün hidrosikllərdən istifadə edir

Son vaxtlar qeyri-leqal miqrantların Mərakeşdən İspaniyaya çatdırılmasının yeni üsulu populyarlaşır.

Diasporpress.az xəbər verir ki, bu barədə İspaniya KİV-ləri hüquq mühafizə orqanlarına istinadla məlumat yayıblar.

Daşıyıcılar bunun üçün hidrosikllərdən istifadə edirlər. Belə ki, bu yolla "müştəri” cəmi üç dəqiqə sonra Seutda olur. Bu "xidmətin” qiyməti 500-1000 avro civarındadır.

İspaniya Mülki Qvardiyası ötən həftə Mərakeş vətəndaşları olan iki daşıyıcını həbs edib. Onlar qeyri-leqal miqrantları hidrosikllərdə İspaniya sahillərinə çatdırmaqla məşğul olublar. Onlardan biri yeniyetmədir. Daşıyıcılar agentləri gördükləri üçün miqrantları suya ataraq qaçıb aradan çıxmağa çalışıblar.
 
Diasporpress.az