Miqrasiya könüllülərinin “Gənclik İnkişaf Forumu” layihəsi reallaşıb
23 Sentyabr, 14:11   |    Baxış sayı: 758

Miqrasiya könüllülərinin “Gənclik İnkişaf Forumu” layihəsi reallaşıb

Forum gəncləri bir araya gətirmək, onları maraqlandıran məsələlərin həlli yollarını birlikdə araşdırmaq, sual-cavab, fərqli yanaşmaların müsbət-mənfi tərəflərinin, müxtəlif uğur hekayələrinin təhlili, fikir mübadiləsi və sair açıq müzakirələr yolu ilə fərdi inkişafın təmin olunması və ümumi nəticələrin əldə edilməsinə nail olmaq məqsədi daşıyır.

Forumun ilk qonağı Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov olub. Xidmət rəisi əvvəlcə ulu öndər Heydər Əliyevin Mərkəzdəki abidəsini ziyarət edib, ruhuna hörmət və ehtiramını bildirib.

Vüsal Hüseynov, həmçinin Miqrasiya Könüllüləri ilə birgə Bakı Gənclər Mərkəzi ilə tanış olub.

Daha sonra Forumda Xidmət rəisi "Fərdi inkişaf strategiyaları” mövzusunda çıxış edib. Səmimi atmosferdə keçən görüşdə gəncləri maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, layihə çərçivəsində gənclərin sahələr üzrə peşəkar, təcrübəli şəxslərlə müzakirə formatında müxtəlif mövzularda görüşləri təşkil olunur. İştirakçılar müəyyən edilmiş mövzular ətrafında geniş müzakirələr aparmaq, təkliflər vermək, suallar ünvanlamaq, məlumat almaq imkanı qazanır, forumun qonaqları ilə daha yaxından tanış olurlar. Gənclərin Forumda görmək istədikləri qonaqla bağlı təklifləri də nəzərə alınır.