Ölkə

Milli Məclisin deputatı Səməd Seyidov Qazaxda əsaslı şəkildə yenidən qurulan Kosalar kənd tam orta məktəbində olub

Milli Məclisin deputatı Səməd Seyidov Qazaxda əsaslı şəkildə yenidən qurulan Kosalar kənd tam orta məktəbində olubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün əminliklə söyləyə bilərik ki, ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsil sahəsinə olan qayğısını daim hiss edən bölgələrimizdən biri də məhz Qazax rayonudur. Bunun bariz nümunəsi olaraq da “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin salınmasını göstərə bilərik. Bu, dövlət tərəfindən bölgələrimizdə təhsil sahəsinə olan böyük diqqət və qayğının Qazaxın timsalında əyani sübutudur.

Dövlət Proqramında təmiri nəzərdə tutulan məktəblərdən biri də Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbidir ki, bu gün həmin məktəb Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulub. Xeyli vaxtdır ki, böyük bir tikinti meydançasını xatırladan məktəbdə demək olar ki, əsas işlər yekunlaşıb.

Milli Məclisin deputatı Səməd Seyidov Qazaxda əsaslı şəkildə yenidən qurulan Kosalar kənd tam orta məktəbində olub

Kənd sakini Tariyel Nəsibov ölkə başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevaya məktəbin əsaslı şəkildə yenidən qurulmasına görə bütün kənd sakinləri adından bir daha minnətdarlığını bildirib. İdmançıların istəyini nəzərə alaraq kənddə güləş zalının tikintisinə görə bütün idmançılar adından da təşəkkürünü çatdırıb. Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi münasibətilə onun adını daşıyan Kosalar məktəbinin təmir olunması xəbərini istər müəllimlərin, istərsə də şagirdlərin böyük sevinc və minnətdarlıq hissi ilə qarşıladıqlarını söyləyib.

Rayon rəhbəri həmçinin Qazaxda daha iki məktəb üçün yeni inzibati binaların inşa olunduğunu da qeyd edib. Heydər Əliyev Fondu tərəfindən Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik, Təhsil Nazirliyi tərəfindən isə A.Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binaların inşasının davam etdirildiyini diqqətə çatdırıb.