Milli Məclis
31 May, 14:15   |    Baxış sayı: 118

Milli Məclis "2018-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsini qəbul edib

Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında "2018-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun müzakirəyə çıxarılıb.

DiasporPress.Az xəbər verir ki, ötən il Azərbaycanın dövlət büdcəsinin icrası gəlirlər 22 508 869,7 min manat, xərclər isə 22 731 644,5 min manat məbləğində olmaqla təsdiq edilib.

Bundan başqa, 2019-cu il 1 yanvar tarixinə vahid xəzinə hesabının sərbəst qalığı 872 350 399 min manat olub.

"2018-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.