Messiyə əskidən düzəldilmiş top hədiyyə olunub
03 Sentyabr, 13:30   |    Baxış sayı: 71

Messiyə əskidən düzəldilmiş top hədiyyə olunub

Argentina millisinin futbolçusu Lionel Messi Amerika Kubokunun yekunlarına əsasən, Roma Papası Fransis Fondunun mükafatına layiq görülüb.

Diasporpress.az xəbər verir ki, 32 yaşlı hücumçu 191 ölkənin 500 mindən çox təhsil müəssisəsinin qatıldığı sorğuda səslərin 34,28 faizini toplayıb. O, Peru yığmasının futbolçuları – Edison Floreslə (15,56 faiz) Pedro Qalyeseni (11,28 faiz), eləcə də Braziliya millisinin kapitanı Dani Alvesi (10,5 faiz) qabaqlayıb.

İspaniya "Barselona”sının kapitanına mozambikli uşaqların əskidən hazırladıqları və küçə futbolunu simvolizə edən top hədiyyə olunub. Roma Papasının xeyir-dua verdiyi top komanda işini, həmrəylik, dürüstlük və qarşılıqlı hörmət ruhunu ifadə edir.

Qeyd edək ki, Amerika Kubokunun qalibi Braziliya millisi olub.
 
Diasporpress.az