Mərkəzi Bank 350 milyon manat cəlb edir
07 Mart, 14:31   |    Baxış sayı: 168

Mərkəzi Bank 350 milyon manat cəlb edir

Martın 11-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

AMB-dən diasporpress.az-a bildirilib ki, hibrid hərracda 350 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg” ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 7,26-9,24 faiz təşkil edir.