Məktəb müəllimlərinin 77,9 faizi ali təhsillidir
16 Avqust, 13:35   |    Baxış sayı: 54

Məktəb müəllimlərinin 77,9 faizi ali təhsillidir

2018-ci ilə olan məlumata əsasən, Azərbaycanda dövlət əyani ümumi təhsil müəssisələrində 151760 müəllim (məktəb rəhbərləri daxil olmaqla) fəaliyyət göstərir. Onlardan 77,9 faizi ali, 22 faizi pedoqoji orta ixtisas, 0,1 faizi isə qeyri-pedoqoji orta ixtisas və tam orta təhsillidir.

Bu barədə Diasporrpress.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, müəllimlərin və rəhbər işçilərin ümumi sayında qadınların xüsusi çəkisi 80,1 faizdir. 

Direktorlardan 704 nəfəri ümumi orta məktəblərdə, 3029 nəfəri tam orta məktəblərdə fəaliyyət göstərir. Ümumi orta məktəblərdə direktorların 96,9 faizi ali təhsilli, tam orta məktəlbərdə isə 99,8 faizi ali təhsillidir. 
 
Diasporrpress.az