Mehriban Əliyevadan xanımlara bayram təbriki - FOTO
08 Mart, 14:01   |    Baxış sayı: 158

Mehriban Əliyevadan xanımlara bayram təbriki - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlara təbrik ünvanlayıb.

Diasporpress.az xəbər verir ki, bu barədə o, öz "İnstagram” hesabında yazıb:

"Əziz qadınlar!

 

Beynəlxalq Qadınlar Günü münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı, gözəl əhval-ruhiyyə, sevinc dolu işıqlı və xoşbəxt anlar, bütün işlərinizdə uğurlar arzulayıram! Qoy doğma və yaxınlarınızın sevgisi sizin tükənməz enerji mənbəyiniz olsun! Qoy sizin zərifliyiniz, mehribanlığınız və müdrikliyiniz ailə ocağınızın və səadətinizin etibarlı mühafizəçisi olsun!

Tanrı sizi və doğmalarınızı qorusun!

Sevgilərlə,

Mehriban”