Mehriban Əliyeva neftçiləri təbrik edib
20 Sentyabr, 12:21   |    Baxış sayı: 65

Mehriban Əliyeva neftçiləri təbrik edib

Diasporpress.az-ın xəbərinə görə, təbrik mətni M.Əliyevanın "Instagram" səhifəsində paylaşılıb.

"İyirmi beş il əvvəl ölkəmizin iqtisadi müstəqilliyinin təməlini qoyan "Əsrin müqaviləsi" imzalanıb.

Azərbaycanda neftçi peşəsi hər zaman şərəfli və hörmətli peşələrdən biri sayılıb və sayılır. Əziz neftçilər, biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik. Qəhrəmanlığa bərabər əməyinizə, fədakarlığınıza görə çox sağ olun.

Sizi bu yubiley münasibətilə ürəkdən təbrik edirəm, sizə möhkəm cansağlığı, yeni nailiyyətlər arzulayıram”, - təbrik mətnində bildirilib.